Bizim ali məktəb məzunları və yay təcrübəsi keçən tələbələr üçün işəgötürmə prosesimiz yerli işçi heyətinin təşkilatımızda işə cəlb olunmasının başlıca vasitələrindən biridir. Biz aşağıda göstərilən ixtisaslar üzrə boş olan iş yerlərini tutmaq üçün yay təcrübəsi keçən tələbələri və gənc mütəxəssisləri axtarırıq:
Qazma və tamamlama mühəndisliyi (neft-qaz və lay mühəndisliyi, mexanika mühəndisliyi sahəsində təhsil alan tələbələr və ya ixtisas dərəcəsi olan məzunlar).
Səth mühəndisliyi (elektrik, ölçmə və nəzarət cihazları, mexanika, texnoloji emal, inşaat və mülki tikinti, eləcə də sualtı mühəndislik sahəsində təhsil alan tələbələr və ya ixtisas dərəcəsi olan məzunlar)
Lay mühəndisliyi (geologiya və ya geofizika, neft-qaz və ya lay mühəndisliyi sahəsində təhsil alan tələbələr və ya ixtisas dərəcəsi olan məzunlar)
Maliyyə (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması, mühəndislik və ya müvafiq ixtisaslar sahəsində təhsil alan tələbələr və ya ixtisas dərəcəsi olan məzunlar)
SƏTƏM – Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit (biologiya, kimya, ətraf mühit elmi və ya ətraf mühit mühəndisliyi sahəsində təhsil alan tələbələr və ya ixtisas dərəcəsi olan məzunlar)
İnsan resursları
Məşğulluq, təchizat və sistemin idarə olunması (maliyyə, biznes, hüquq, iqtisadiyyat, mühəndislik sahəsində təhsil alan tələbələr və ya ixtisas dərəcəsi olan məzunlar)
Yay təcrübəsi
Bakalavr mərhələsi üzrə 2-ci və ya 3-cü kursda təhsil alan tələbələr və magistraturanın 1-ci kursunda təhsil alan tələbələr yay təcrübəsi keçmək üçün ərizə verə bilərlər.
Gənc mütəxəssislər
Bakalavr və / və ya magistr dərəcəsini son iki-üç ildə almış ali təhsilli gənc mütəxəssislər ayrılan vəzifələri tutmaq üçün ərizə verə bilərlər
İngilis dilini bilmək və kompyuterdə yaxşı işləmək qabiliyyəti tələb olunur. Bütün namizədlər Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar.
Məzunlar və tələbələr üçün məşğulluq proqramı barədə ümumi məlumat
Məzunlar və tələbələr üçün məşğulluq proqramı ardıcıl olaraq ərizələrin verilməsi, qabiliyyət testləri mərhələlərindən və eləcə də qiymətləndirmə modelindən ibarət rəqabətə əsaslanan bir seçim prosesidir.
Ərizələrin verilməsi üzrə təlimatlar sənədində xüsusi tələblər qeyd olunmuşdur, bu sənədi ərizə mərhələsi ərzində bütün namizədlər əldə edə bilərlər.
Ərizə formalarının ilkin və ixtisas sahəsinin seçilməsi müddəti ərzində istifadə olunan seçim meyarları aşağıda göstərilmişdir:
1. Azərbaycan vətəndaşlığı
2. Təhsil ilə uyğunluq
3. Ərizənin keyfiyyəti – bütün suallara tam və yaxşı keyfiyyətlə cavab verilməsi
İlkin seçim mərhələsini uğurla keçən namizədlər seçim prosesinin növbəti mərhələlərinə dəvət olunurlar:
Qabiliyyət testləri – iş bacarıqlarının müxtəlif növləri üçün hazırkı bacarıqları və gələcək potensialı ölçmək üçün “Saville və Holdsworth” (SHL) qabiliyyət testləri tərtib olunmuşdur. Bu qabiliyyət testlərinin nəticələrinə əsaslanaraq namizədlərin Qiymətləndirmə Modeli olan final mərhələsi üçün siyahısı tutulur. Qabiliyyət testləri nümunələrinin nəzərdən keçirilməsi üçün SHL veb səhifəsinə daxil olmanız xahiş olunur: wwwshl.com
Qiymətləndirmə modeli (qrup tapşırıqlarından və müsahibələrdən təşkil olunur).
Qrup tapşırıqları namizədin qrupla işini, düşüncəsini, təşəbbüsünü və təsir bacarıqlarını ölçmək üçün tərtib olunmuşdur. Bu, birgə yerinə yetirilən tapşırıqlardır, 5-8 namizəddən ibarət qruplar bu tapşırıqlara görə problemi həll etməli və bütün qrupun tapşırığı uğurla başa çatdırmasını təmin etməlidir.
Müsahibələr – İxtisas və kadr ehtiyatları mütəxəssisləri tərəfindən bir saatlıq texniki məsələlərə, eləcə də səriştə və qabiliyyətə əsaslanan müsahibə sessiyaları aparılır.
Bizim seçim prosesimiz faktlar və dəlillər ilə aparılır və final seçim qərarları bu seçim prosesinin müxtəlif mərhələləri ərzində toplanılmış bütün dəlil və sübutlara əsaslanmaqla qəbul edilir.
2009-cu il üzrə tələbələr və məzunlar üçün işəgötürmə proqramımıza 2008-ci ilin noyabr ayında başlayacağıq.
http://www.bp.com/sectiongenericarticle.do?categoryId=9025223&contentId=7046664