BP şirkəti neft və qaz layihələrindəki tərəfdaşları adından məmnunluq hissi ilə neft və qaz sahəsi üzrə təhsil alan Azərbaycanlı tələbələr üçün Təqaüd Proqramını elan edir.
Təqaüd proqramı Türkiyənin seçilmiş universitetlərində aşağıdakı sahələrin biri üzrə təhsil almaq üçün ərizə verən Azərbaycan vətəndaşlarının 4 illik bakalavr təhsilini əhatə edir: neft-qaz mühəndisliyi, maşınqayırma, kimya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi.
Təqaüd aşağidaki sahələr üzrə təhsil alan tələbələr üçün imkanlar yaradir
Neft Qaz Mədən Hasilati (Petroleum Engineering)
Makina Mühəndisliyi (Mechanical Engineering)
Kimya Mühəndisliyi (Chemical Engineering)
Elektrik və Elektron Mühəndisliyi (Electrical & Electronic Engineering)
Təqaüd aşağidaki universitetlərdə və fakültələrdə təhsil üçün təmin olunur
Orta Doğu Texniki Universiteti
Neft Qaz Mühəndisliyi
Maşınqayırma (Makina Mühəndisliyi)
Kimya Mühəndisliyi
Elektrik və Elektronika Mühəndisliyi
İstanbul Texniki Universiteti
Maşınqayırma (Makina Mühəndisliyi)
Kimya Mühəndisliyi
Elektrik və Elektronika Mühəndisliyi
Bosfor Universiteti
Maşınqayırma (Makina Mühəndisliyi)
Kimya Mühəndisliyi
Elektrik və Elektronika Mühəndisliyi
Müraciət edən tələbələr üçün əsas meyarlar
Proqram Azərbaycan vətəndaşları üçündür
Orta məktəb məzunları və artig yaxarıdakı Universitetdən birinə qəbul olunmuş şəxslər bakalavr dərəcəsi üzrə dörd illik təhsil almaq üçün ərizə ilə müraciət edə bilərlər
Yuxarıda qeyd olunmuş Universitetlərdə İngilis dili üzrə hazırlıq kurslarını müvəffəqiyyətlə bitirmiş ərizəçilər təhsil proqramında iştirak etmək hüququna malikdirlər.
İlkin tələblər
Ərizə forması (yükləmək üçün aşağıdakı linkdən istifadə edin)
Orta məktəbdə verilmiş qiymət cədvəlinin (atestatın) surəti
YOS* və ya SAT** imtahan nəticələrinin surəti
Universitetə qəbulu təsdiqləyən sənəd
TOEFL / IELTS testlərinin nəticələri və ya Türkiyə universiteti tərəfindən verilən İngilis dili üzrə hazırlıq kursunun başa vurulmasını təsdiq edən sənəd.
Bakalavr təqaüdlər programı ərizə forması (doc, 99KB)
Ərizə formasini doldurmaq üçün təlimat
Doldurulmuş ərizə forması və tələb olunan sənədlərin skanerdən çıxarılmış sürətləri elektron poçtla scholarship@bp.com ünvanına göndərilməlidir
Tədaüd proqramı ilə bağlı suallarınızı da həmin elektron poçt ünvanına göndərə bilərsiniz.
Seçim qaydaları
Ərizələr nəzərdən keçiriləndən sonra seçilmiş namizədlər yekun seçim üçün avgusun ortalarında müsahibəyə dəvət ediləcəklər. Yekun seçim namizədin giriş balı, akademik bilikləri, və şəxsi bacarıqları əsasında aparılacaq. Xanımların sənəd təqdim etməsi dəstəklənir.
Sənədləri son təqdim etmə günü 4 avqust 2008-ci il, bakı vaxtı ilə saat 18:00-da.
http://www.bp.com/sectiongenericarticle.do?categoryId=9024818&contentId=7046333